ABŞ-Azərbaycan Qarabağ Atlarını Xilasetmə Assosiasiyasının rəhbərliyindən
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
26 dekabr 2020, 15:30
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev.
Biz – ABŞ-Azərbaycan Qarabağ Atlarını Xilasetmə Assosiasiyası (USAKHRA) qeyri-hökumət təşkilatı olaraq bütün kollektivimiz adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.
Sizin ali baş komandanlığınızla şanlı Azərbaycan Ordusu Vətən müharibəsində böyük Qələbə qazanaraq Azərbaycan dövlətçiliyinə misli görünməmiş töhfə verdi. Bütün dünya azərbaycanlılarına bu möhtəşəm Qələbəni yaşatdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk. Siz öz iradənizlə Azərbaycan xalqını bir millət kimi ucaltdınız. Siz özünüz isə Azərbaycan xalqının qəlbində daha da ucalmısınız. Biz çox sevinirik ki, Azərbaycan xalqı ilə onun Prezidenti arasında belə sıx vəhdət yaranıb. Sizin müdrik siyasətinizlə indi Azərbaycan öz tarixinin qızıl hərflərlə yazılan yeni mərhələsinə qədəm qoyub. Sizə dövlətçiliyimizin möhkəmləndirilməsində və inkişafında yeni nailiyyətlər arzulayırıq.
Cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Zati-alinizə Allahdan uzun ömür, möhkəm cansağlığı diləyirik.
Dərin hörmətlə,
Samir Novruzov
ABŞ-Azərbaycan Qarabağ Atlarını Xilasetmə Assosiasiyasının (USAKHRA) həmtəsisçisi və prezidenti
Riçard Roe
vitse-prezident
Mehin Cavanşirova
həmtəsisçi və vitse-prezident
Datse Strausa
Avropa üzrə regional direktor
Yaşar Quluzadə
həmtəsisçi, Azərbaycan, Asiya və Türkiyə üzrə regional direktor