Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sabiq üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mladen İvaniçdən
25 dekabr 2020, 17:25
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi təbrik etməkdən şərəf hissi duyuram.
Sizinlə keçirdiyimiz görüşləri məmnunluqla xatırlayıram. Ümid edirəm ki, ölkənizi və xalqınızı əvvəlki illərdə olduğu kimi, müsbət istiqamətdə irəliyə doğru aparmaqda davam edəcəksiniz.
Cənab Prezident, icazə verin ümumi ailəmiz olan, Sizin strategiyanızı və rəhbərliyinizi dəstəkləyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz diqqətə görə də Sizə minnətdarlığımı bildirim.
Ən xoş arzularla,
Mladen İvaniç
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sabiq üzvü (2014-2018),
2002-2007-ci illərdə Bosniya və Herseqovinanın xarici işlər naziri,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü