logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiyanın TASS informasiya agentliyinin Baş direktoru Sergey Mixaylovdan

Text size icon-size icon-size

25 dekabr 2020, 16:44

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Belə bir Azərbaycan məsəli var: mümkünsüz iş olmur. Sizin siyasətdə keçdiyiniz yol bu müdrik kəlama parlaq sübutdur. Sizin qətiyyətli rəhbərliyinizlə respublikanız uzunmüddətli inkişaf layihələri həyata keçirir, daxili və xarici siyasətdə ən ambisiyalı məsələləri uğurla həll edir. Bu gün Sizin məqsədyönlülüyünüz, mərdliyiniz və öz Vətəninə sadiq dövlət lideri kimi siyasi iradəniz zamanın yeni çağırışları qarşısında Azərbaycanın dözümlülüyünün rəhnidir.

Sizə sülh, xoş güzəran, cansağlığı və firavanlıq, bütün təşəbbüslərinizdə yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Sergey Mixaylov

Rusiyanın TASS informasiya agentliyinin Baş direktoru

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi