Ukraynanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Viktor Yuşşenkodan
24 dekabr 2020, 16:18
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli cənab Prezident.
Əziz dostum.
Ailəmiz doğum gününüz münasibətilə Sizi təbrik edir. Həyatınızın bu yeni ili Sizə və gözəl ailənizə cansağlığı, xoşbəxtlik, Azərbaycana isə tərəqqi gətirsin. Siz ölkənizdə möhtəşəm nailiyyətlər əldə etmisiniz və biz bilirik ki, bu, hələ başlanğıcdır.
Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarıq.
Biz Azərbaycan və Ukrayna arasında əlaqələrin inkişafı istiqamətində bundan sonra da Sizinlə əməkdaşlıq etməyə hazırıq.
Ən xoş arzularla,
Viktor Yuşşenko
2005-2010-cu illərdə Ukraynanın Prezidenti,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü.
Katerina Yuşşenko
2005-2010-cu illərdə Ukraynanın birinci xanımı,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü