logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qurban Əmrahovdan, Şabran, Azərbaycan

Text size icon-size icon-size

24 dekabr 2020, 15:16

Salam Müzəffər Ali Baş Komandan!

Mən Sizə müxtəlif vaxtlarda fərqli mövzularda məktub yazmışam. Amma bu dəfə Sizə Qələbə münasibətilə təbrik məktubu yazıram. Sizin Ali Baş Komandanlığınızla Ordumuz vəhşi erməni ordusunu Azərbaycan torpaqlarından qovdu. Uzun illər düşmən işğalında olan torpaqlarımız qısa müddətdə tam azad olundu. Bu gün çox qürurluyam. Mənim oğlum da hazırda döyüş bölgəsində sərhədlərimizi qoruyur. Bir əsgər atası olaraq Sizinlə fəxr edirəm. Allah sizi və əsgərlərimizi qorusun.

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əmrahov Qurban Məmməd oğlu

Azərbaycan Respublikası, Şabran rayonu, Çölquşçu kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi