logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sahilə Hüseynovadan, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

24 dekabr 2020, 13:48

Hörmətli cənab Prezident!

Mən şəhid Zahid Hüseynovun anasıyam. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Sizə şəxsən öz minnətdarlığımı bildirirəm. Sizin və dövlətimizin sayəsində problemlərimiz hər zaman öz müsbət həllini tapmışdır. Çətinliyə düşəndə hər zaman ümid yerimiz olmusunuz.

Həyat yoldaşımın əlil arabasına ehtiyacı var idi. Bununla əlaqədar müraciət etmişdim. Müraciətimə diqqətlə və həssaslıqla yanaşıldı, məsələ öz müsbət həllini tapdı. Əlil arabası yaşadığımız ünvana gətirilərək, şəhid atasına təqdim olundu. Vətən uğrunda şücaət göstərmiş şəhidlərimizin ruhuna və onların ailə üzvlərinə belə hörmət və ehtiramla yanaşılması bizi qürurlandırır.

Göstərilən diqqətə görə bir daha Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü bildirirəm. Allah Sizə və ailənizə hər zaman xoş günlər qismət eləsin.

Hörmətlə,

Hüseynova Sahilə Hamil qızı, şəhid anası.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi