logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Argentina Respublikasının Prezidenti Zati-aliləri xanım Kristina Fernandes de Kirşnerə

Text size icon-size icon-size

24 may 2012, 18:20

Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – May inqilabının ildönümü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Argentina arasında təşəkkül tapmış münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Argentina xalqına sülh və tərəqqi diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 may 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi