logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Tomislav Nikoliçə

Text size icon-size icon-size

22 may 2012, 16:10

Hörmətli cənab Prezident,

Serbiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Serbiya dövlətlərarası münasibətləri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Serbiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 may 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi