İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Ciorcio Napolitanoya
Text size


22 may 2012, 16:00
Hörmətli cənab Prezident,
Ölkənizin şimalında baş vermiş zəlzələnin doğurduğu insan tələfatı və ciddi dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 may 2012-ci il.