İlham Əliyevin və Böyük Britaniyanın Baş naziri Devid Kemeronun görüşü olmuşdur
21 may 2012, 23:00
Çikaqoda Prezident İlham Əliyevin və Böyük Britaniyanın Baş naziri Devid Kemeronun görüşü olmuşdur.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf səviyyəsindən məmnunluq bildirildi, bu əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olundu.
Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqdan gözəl nəticələrin əldə olunduğu qeyd edilən görüşdə “bp” şirkəti ilə birgə səylər nəticəsində “Cənub” dəhlizinin yaradılması istiqamətində uğurlu addımlar atıldığı və bu prosesin davam etdirildiyi vurğulandı.
Bundan əlavə, Əfqanıstanda vəziyyət, bu ölkədə sülhün və təhlükəsizliyin təmin olunmasında birgə əməkdaşlığa böyük əhəmiyyət verildiyi qeyd edildi.
Görüşdə tərəflər arasında bir sıra regional məsələlər barədə fikir mübadiləsi aparıldı.