logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzzetbekoviç ilə görüşü olmuşdur

Text size icon-size icon-size

20 may 2012, 22:20

Prezident İlham Əliyev Çikaqoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzzetbekoviç ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. İkitərəfli əməkdaşlığın müxtəlif sahələrdə yaxşı nəticələr verdiyi bildirildi və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi