İlham Əliyev Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa ilə görüşmüşdür
Text size
20 may 2012, 22:00
ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Prezident İlham Əliyev Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında münasibətlərin son dövrlərdə inkişafından məmnunluq ifadə olundu. Azərbaycan-Sloveniya əlaqələrinin iqtisadi, xüsusilə də enerji, sərmayə qoyuluşu sahələrində və müxtəlif layihələrdə birgə iştirakı baxımından əhəmiyyəti qeyd edildi.
Tərəflər ölkələrimiz arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində daha da genişlənməsinin yaxşı potensialı olduğunu vurğuladılar.