Əli Qasımovdan, Bakı, Azərbaycan
14 dekabr 2020, 14:40
Hörmətli və əziz Prezidentim.
Sizə olan minnətdarlığımı, qürur hisslərimi ifadə etmək üçün söz tapmaqda çətinlik çəkirəm.
Azərbaycanın ikinci böyük şəhəri Gəncədə törədilən terror aktları bir daha düşmənlərimizin ikiüzlü, namərd, terrorçu olduğunu göstərir.
Azərbaycan erməni faşizminə qarşı mübarizə aparmaqla bütün dünyada terrora, yalana "Yox!" deyir. Gəncədə törədilən terror aktları, viran qalmış mülki binalar, dağıntılar altından çıxarılan körpə cəsədləri gəncəliləri sarsıtmadı. Gəncəlilər Sizə və şanlı Ordumuza güvənərək daha da məğrur dayandılar.
Əziz Prezidentim, Sizin rəhbərliyinizlə şanlı Ordumuz faşist, azğın erməniləri, onların silahlı qüvvələrini Qarabağdan qovub çıxardı. Allah türk dünyasına mərd, igid, haqqı deyən iki qardaşı – İlham Əliyevi və Rəcəb Tayyib Ərdoğanı bəxş etmişdir. Sizlər türk dünyasının liderləri, bu müharibənin milli qəhrəmanlarısınız.
Şanlı Ordumuz bizim fəxrimizdir. Dünya bir daha gördü ki, Qarabağ Azərbaycandır!
Hörmətlə,
Qasımov Əli Şəmistan oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.