Mustafa Özevdən, Kayseri, Türkiyə
12 dekabr 2020, 16:49
Hörmətli cənab Prezident,
Sizi uca Allahın adı ilə salamlayır, ehtiramımı bildirir, əllərinizdən öpürəm.
Mən Kayseridə yaşayıram. Bir türk kimi son damla qanıma qədər hər zaman Azərbaycanın yanındayam. Sizin doğma torpaqlarınızı erməni işğalından azad etdiyinizə görə çox sevinirəm.
Ordunuzun qəhrəmanlığından şərəf və qürur duyuram. Mənim 11 yaşım var. Böyüyəndə, oxuyub bir sənətin sahibi olanda da Türkiyə və Azərbaycan üçün çalışacağam. Əgər erməni kimi kimsə Vətən bildiyim bu ölkələrə hücum etsə onu yox etmək üçün savaşacağam.
Allah şanlı Azərbaycan əsgərlərini qorusun, erməni işğalçılarını daim pərişan etsin, inşallah.
Ermənilərin bir daha cəsur Azərbaycan əsgərinin qarşısına çıxmağa cəsarəti çatmaz. Onlar çox yaxşı bilirlər ki, türk qanı axan hər bir kəs Vətəni üçün canını verməyə hazırdır.
Mən hələ uşaq olsam da Azərbaycan üçün ön cəbhəyə getmək mənim üçün şərəf olardı. Çünki ermənilər mülki insanları öldürür, hətta uşaqlara və qadınlara da rəhm etmirdilər. Amma ermənilər bilsinlər ki, Vətən, Allah yolunda ölənlər şəhid olurlar, onlar əbədi olaraq yaşayacaqlar.
Bir daha Sizi və Ordunuzu təbrik edir, daha böyük uğurlar arzulayıram.
Müraciətimin sonunda bir xahişimi çatdırmaq istəyirəm. Atamın mənə verdiyi gündəlik xərcliklərdən 30 türk lirəsi toplamışam. Həmin pulu Sizin Ordu üçün göndərirəm. Bəlkə ona bir güllə almaq olar. Əminəm ki, həmin güllə atalarımızı, analarımızı, qardaşlarımızı, xalqınızı ermənidən qorumağa xidmət edəcək. Ürəyimdən daha böyük işlər görmək keçir, amma halal pulumu göndərdiyimə görə də sevinirəm. Bir daha əllərinizdən öpür, Azərbaycan xalqına, qardaşlarıma salamlarımı çatdırıram.
Hörmətlə,
Mustafa Özev
Türkiyə Respublikası, Kayseri şəhəri.