Ekrem Bolidən, London, Böyük Britaniya
12 dekabr 2020, 16:00
Hörmətli cənab Prezident,
Mən türkəm, həm də şairəm, hazırda Londonda yaşayıram.
Sizi və Ordunuzu Qarabağın erməni işğalından azad olunması münasibətilə təbrik edirəm.
Azərbaycan xalqının, həmçinin Sizə dost xalqların, o cümlədən mənim 27 illik həsrətimə son qoyduğunuza görə Sizə təşəkkür edirəm.
Azərbaycan xalqının bu işğalla barışmayacağına, əvvəl-axır Qələbə çalacağına ürəkdən inandığım üçün 1993-cü ilin aprel ayında şeir yazdım və həmin əsər Yozqartda keçirilən şeir yarışmasında mükafat aldı.
O vaxtdan 27 il keçib və bu gün həmin misralardakı hər kəlmə gerçəyə çevrildi. Qələbəniz məni və türk xalqını xoşbəxt etdi. Bu şeiri Azərbaycan xalqına hədiyyə edirəm.
Erməni göz dikmiş sənin torpağına,
Həm də gəlmiş, girmiş Qarabağına
Onlar düşəcəkdir sənin ayağına
Qarabağ məzar olacaq onlara Azərim,
Bunun üçün sana yemin ederim
Akıyor ölkəndən Kura
İnandığın təki kitabın Quran
Sənə silah çəkib vuran
Bir-bir yox olacaq inan Azərim,
Bunun üçün sana yemin ederim
İnliyor top səsiylə obalar, dağlar
Bakıda yaşayan müsəlman anası ağlar
Bu acı tablo, insan ürəyini dağlar
Taleh sənə də güləcək səbir et, Azərim,
Bunun üçün sana yemin ederim
Yüz illərdir gah ora, gah bura sovruldun,
Enində sonunda özünə bir yurd buldun
İndi də Azərbaycanıma başına bəlamı oldun?
Aclıq çəkərlər, səbir et Azərim,
Sonunda barış edəcəklər yemin edərim
Top səsini insanlar, dinlər oldu
Bebeklerə bu səs laylalar oldu
İnsan aclıqdan inler oldu
Türkün dostu yok, sabret Azerim,
Türkiyen yardım edəcək yemin ederim.
İşığın yox, suyun yok, qudurursan,
Ey erməni, niye yerində durmursan?
Məncə sən okkalı bir tokat istəyirsən
Gözlə! Tokat vuracaq sana Azərim
Bunun üçün sana yemin ederim
Toxunma Azərbaycana məhv olarsan!
Yoxsa onları yalnızmı sanırsan?
Qarşında 70 milyon türkü bularsan
Sənə uzanan əllər kahrolsun Azərim
Bir gün o əllər qırılacaq yemin ederim
Ümidimiz üzülməz görür Allah
Mutluluq doğacaq sana bir sabah
Hamısı dəf olub gedəcək ya Allah
Səbrin sonu salamatlıqdır, Azərim
Bunun üçün sana yemin ederim
Hörmətlə,
Ekrem Boli
Böyük Britaniya Krallığı, London şəhəri