Tamella Musazadə və İdrak Musazadədən, Gəncə, Azərbaycan
10 dekabr 2020, 17:52
Müzəffər Ali Baş Komandan!
Öncədən Sizi Zəfər bayramı münasibəti ilə ürəkdən və səmimi qəlbdən təbrik edirik, Sizə dərin təşəkkürümüzü bildiririk. Azərbaycan xalqı və Türk dünyası böyük sevinc içərisindədir. Siz həm siyasi müstəvidə, həm də döyüş meydanında qalib gəlmək üçün güc və qabiliyyətinizdən istifadə edib, ulu öndər Heydər Əliyevin davamçısı kimi Azərbaycan dövlətini və xalqını işğal zülmündən azad edib, Ordumuzun köməyi ilə Azərbaycan xalqını dünyada zəfər çalan xalq kimi tanıtdınız. Uzun illərdir ki, Azərbaycan xalqı ermənilərin soyqırımına məruz qalmış qaçqın-köçkün vəziyyətində yaşamağa məcbur olmuşdur.
Sizin uzaqgörən siyasətiniz, insan amilini çox yüksək qiymətləndirməyiniz sayəsində torpaqlarımız düşmən işğalından azad olundu, bütün insanlara sevinc bəxş etdiniz. Son 30 ildə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi hərəkətlər ekoloji terrordur. Münaqişə dövründə ətraf mühitin qəsdən və ya qanunsuz şəkildə məhv edilməsi, istismarı, dəyişdirilməsi ilə ekoloji terror həyat keçirilir. Ermənistan dövləti təbiətə təcavüzkar davranmaqla ərazilərin ümumi təbiətinə və bioloji müxtəlifliyinə ciddi ziyan vurub. Qəsdən süni bir ekoloji böhranın yaradılması ekoloji təcavüz kimi qəbul edilir. Ermənistan transsərhəd su mənbələrini kimyəvi və bioloji maddələrlə çirkləndirir, bundan həmişə xalqımıza qarşı silah kimi istifadə edirdi.
Cənab Ali Baş Komandan İlham Əliyev, Siz uzaqgörən siyasətinizlə Azərbaycan xalqını erməni zülmündən azad etdiniz. Artıq indi ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu şaddır.
Azərbaycan dövlətinin himnini yazan, can Azərbaycan deyən şair Əhməd Cavadın ruhu şadlanır, babalarımız Əhmədov Cahangir, Əhmədov Adil vətən uğrunda qurban getmişlər, xaincəsinə sürgünə məruz qalmışlar. Bu gün biz Sizin varlığınızla fəxr edirik ki, bütün türk dünyasını sevindirdiniz.
Hörmətli cənab Prezident, Sizi Azərbaycanın Milli Qəhrəmanı kimi görmək istəyirik. Qarabağda Sizin heykəlinizin ucaldılması zərurətdir.
Hörmətlə,
Musazadə Tamella Hüseyn qızı,
Musazadə İdrak Ayaz oğlu,
Yeni Azərbaycan Partiyasının üzvləri.
Azərbaycan Respublikası, Gəncə şəhəri.