logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Hindistanın Azərbaycandakı səfiri Debnat Şounu qəbul etmişdir

Text size icon-size icon-size

11 may 2012, 16:30

Prezident İlham Əliyev Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Debnat Şounu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə Hindistan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğuladı. Ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən Prezident İlham Əliyev ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Hindistan Respublikasının ölkəmizdəki səfiri Debnat Şou dedi: “Azərbaycan kimi gözəl ölkədə, gözəl insanlar arasında diplomatik fəaliyyət göstərməkdən məmnun qaldım”.

Hindistanlı diplomat ölkəmizdəki fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin inkişaf etdiyini vurğuladı. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi