Belçikanın Kralı Əlahəzrət II Albertə
Text size
20 iyul 2010, 18:19
Əlahəzrət,
Milli bayramınız – Kralın andiçmə günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Belçika münasibətləri, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Belçika xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 iyul 2010-cu il.