Rəna Mirzəyevadan, Göyçay, Azərbaycan
30 noyabr 2020, 17:57
Müzəffər Ali Baş Komandanım, Azərbaycanın fəxri, düşmənlərin gözünün qorxusu.
Kəlbəcərin azad olunması münasibətilə Sizi, xalqımızı, müzəffər Ordumuzu təbrik edirəm. Biz çox xoşbəxtik ki, Sizin kimi ölkə başçımız var.
Tarix fakültəsinin tələbəsi olaraq, görürəm ki, hələ tarix boyu dünyada yaşanmayan Qələbəni ilk Siz tariximizə yazdınız. 30 illik işğalda olan torpaqları azad etməklə dünya tarixinə zəfərli iz saldınız. Tarixdə ilk olaraq müharibənin Qələbə ilə bitməsini online şəkildə imzaladınız. Bir olduğumuzu düşmənlərə yumruğunuzla sübut etdiniz. İti qovan kimi qovdunuz erməniləri.
Qələbəniz kimi, hakimiyyətinizin də əbədi olması diləyi ilə Sizi bir daha təbrik edirəm.
Fəxr edirəm ki, İlhamla azərbaycanlıyam!
Hörmətlə,
Rəna Mirzəyeva
Azərbaycan Respublikası, Göyçay şəhəri.