Macarıstanın Prezidenti Zati-aliləri cənab Yanoş Aderə
Text size
07 may 2012, 16:30
Hörmətli cənab Prezident,
Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-Macarıstan əlaqələri ardıcıl və davamlı inkişaf yolundadır. Ümidvaram ki, ölkələrimizi birləşdirən ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq daim genişlənəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 may 2012-ci il.