Eliza İsayevadan, Ağdam, Azərbaycan
30 noyabr 2020, 11:00
Cənab Prezident ! Mən bu məktubu Sizə sevinc göz yaşları ilə yazıram. Üzümü Allaha tutub deyirəm: “Nə yaxşı ki, mənim xalqıma Sizin kimi sadə, alicənab, Vətəninə bağlı, xalqını sevən belə bir rəhbər bəxş edib. Tanrı Sizi qorusun cənab Ali Baş Komandan! Siz və Sizin başçılıq etdiyiniz Milli Ordumuzun sayəsində xalqımızın 27 illik torpaq həsrətinə son qoyuldu. Mənə də uşaqlıq və gənclik illərimin xatirəsi olan doğma Ağdam torpağına qovuşmaq nəsib oldu. Cənab Prezident, Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanımın işğaldan azad olunmuş torpaqlarımıza gəlişiniz xalqımızı çox sevindirir. Siz Ağdamda Cümə məscidinə Məkkədən gətirdiyiniz Qurani-Kərimi bağışladınız və çıxışınızda qeyd etdiniz ki, Məkkədə ziyarətdə olarkən işğal altında olan torpaqların azad edilməsi üçün dua etmisiniz. Şükürlər olsun ki, bu arzunuz həyata keçdi. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Sizin kimi ölkə başçısı var. Azərbaycan xalqı Sizə inanır. İnanırıq ki, xarabalığa çevrilmiş torpaqlarımız gülüstana çevriləcək. Bütün bunları həyata keçirmək üçün Tanrıdan Sizə və Sizin ətrafınızda sıx birləşən xalqımıza güc-qüvvət diləyirəm. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!
Hörmətlə,
İsayeva Eliza Barat qızı.
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.