logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Dmitri Medvedevə

Text size icon-size icon-size

04 may 2012, 18:00

Hörmətli Dmitri Anatolyeviç,

Mahaçqalada terror aktı nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır.

Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkmişlərin tezliklə sağalmasını arzu edirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

4 may 2012-ci il. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi