Ahmet Yıldırımdan, Konya, Türkiyə
26 noyabr 2020, 15:12
Hörmətli cənab Prezident!
Cismimizin Türkiyədə, ruhumuzun Qarabağ səmalarında qəhrəman Azərbaycan igidlərinin arasında dolaşdığını bildirərək sözlərimə başlamaq istəyirəm. Türk dünyası hər zaman birlikdə böyük uğurlar əldə edib. Bu da qədim bir millətin, mədəniyyətin, böyük bir tarixin can damarıdır. Azərbaycansız bir türk dünyası bədənsiz baş, başsız bədən kimi görünərdi.
Sizin bütün dünyaya verdiyiniz mesajlar, “Qarabağ Azərbaycandır!” sözləriniz biz şairlərə ilham mənbəyi olub. Bir çox şairlər, həmçinin də mən öz şeirlərimizdə azadlıq qoxuyan bu müdrik sözləri işlədirik.
Sizin mübarizəniz tarix səhifələrinə qızıl hərflərlə yazılmaqdadır. Ali Baş Komandan olaraq Zəfərə gedən yolda prosesləri təqdirəlayiq qərarlarla idarə etməyiniz bizi bəxtiyar edərkən, Zəfərə susamış millətimizə yeni bir inam mənbəyi yaratdı.
Sizi və Sizin şəxsinizdə Şanlı Azərbaycan Ordusunu bu Zəfər münasibətlə təbrik edir, Sizə və Ordunuzun hər bir üzvünə və uca Azərbaycan xalqına daha böyük uğurlar diləyir, Zati-alinizə hörmət və salamlarımı ifadə edirəm. Ulu Tanrı yar və yardımçınız olsun. Allaha əmanət olun.
Yaşasın Azərbaycan! Şən oldu türk dünyası, qurtuldu Qarabağım!
Sonda Qarabağa həsr etdiyim şeirimi təqdim edirəm.
QARABAĞ AZƏRBAYCANDIR!
Ordan keçər birlik yolu
Ayıklansın sağı solu
Haydı, Təbriz Anadolu
Bu gün canlar tək bir candır
Qarabağ Azərbaycandır
Tutuşub, əl-ələ verək
Zəfər günlərini görək
Ankaradan yürüyərək
Yolum Bakı, Naxçıvandır
Qarabağ Azərbaycandır
Türkün türkçə gayretiyiz
Həm maziyiz, həm atiyiz
Məhəmmədin ümmətiyiz
Rəhbərimiz haqq Qurandır
Qarabağ Azərbaycandır
Dik zirvələrə tuğunu
Açalım dostluk çağını
Yandır özce ocağını
Ürəyimiz tandır tandır
Qarabağ Azərbaycandır
Buraxınız bizə bizi
Nə dağ kalır nədən düzü
Dalğalı Ege dənizi
Xəzərdən qopan tufandır
Qarabağ Azərbaycandır
Şəhidlərlə verdim onu
Torpağımla kardım onu
Bayrağımda gördüm onu
Sanma boşa axan qandır
Qarabağ Azərbaycandır
Olsanız aləmdə dahi
Həm vallahi, həm billahi
Çıkar Xocalının ahı
İşdə meydan bu meydandır
Qarabağ Azərbaycandır
Məşalələr alev alev
Kiçik cüssəsi olur dev
Əmr eylə, İlham Əliyev
Əsgərin Öksüz Ozandır
Qarabağ Azərbaycandır
29.10.2020
Hörmətlə,
Ahmet Yıldırım (Öksüz Ozan)
Türkiyə Respublikası, Konya şəhəri.