İlham Əliyev BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
20 iyul 2010, 14:09
Prezident İlham Əliyev BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
Supaçay Paniçpakdi BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Azərbaycan Diplomatik Akademiyası ilə birlikdə Bakıda təşkil etdikləri Avropa və MDB üzrə növbəti XIX regional kursların keçirilməsinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, təmsil etdiyi təşkilatın Azərbaycan Diplomatik Akademiyası ilə əməkdaşlığından məmnun olduğunu dedi. Regionun əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycanın bu regionda ən aparıcı ölkəyə çevrildiyini vurğulayan qonaq əldə olunan nailiyyətlərlə bağlı dövlətimizin başçısını təbrik etdi.
Prezident İlham Əliyev Bakıda Avropa və MDB üzrə növbəti XIX regional kursların keçirilməsinin əhəmiyyətini qeyd etdi. Dövlət başçısı bu tədbirdə maraqlı müzakirələrin aparılacağına və tədbirin səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi.