Orhan Ceng və başqalarından, Pamukkale, Türkiyə
24 noyabr 2020, 17:35
Hörmətli cənab Prezident,
Ailəmiz əslən Azərbaycandandır və Türkiyənin Dənizli vilayətinin Pamukkale rayonunda yaşayır.
XIX əsrin sonunda Azərbaycanın Şəki rayonundan Türkiyəyə köçmüşük. Babalarımız uzun illər Azərbaycandan xəbər ala bilməsələr də daim bizə imkan olan kimi ata-baba yurdumuzu ziyarət etməyi tövsiyə edirdilər. Təəssüf ki, Sovetlər Birliyi vaxtı bu mümkün deyildi.
Azərbaycan müstəqillik qazananda sanki bütün dünyadakı azərbaycanlılar azadlığa qovuşdu. Bundan sonra biz də Azərbaycandakı qohumlarımızı tapıb onlarla əlaqə qura bildik.
Azərbaycan torpaqlarının 20 faizinin işğalda olması bizim də qürurumuza toxunurdu. Çanakkale döyüşlərində Azərbaycandan olan igidlərin qəhrəmanlığı, şəhidlərin mübarizliyi haqqında çox eşitmişdik.
Bu gün yenə Azərbaycan əsgərinin qəhrəmanlığının şahidi olduq. Havadarlarına arxalanaraq işğalçılıqla məşğul olan ermənilər layiq olduqları dərsi aldılar. Onsuz da şübhə etmirdik ki, ermənilər işğala ancaq böyük güclərin vasitəsilə nail olublar.
Möhtərəm və dəyərli Prezidentimiz,
İşğal altında olan torpaqların azad olunması üçün rəhbərliyinizlə Azərbaycan Ordusunun apardığı mübarizəni tam qəlbimizlə dəstəklədik. Biz də ehtiyac olanda Azərbaycana xidmət etməyə hazırıq.
Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyi hər bir türk vətəndaşı dəstəkləyir.
Allah yar və yardımçınız olsun.
Hörmətlə,
Orhan Ceng,
Muhammet Sevinc,
Erdal Aknan,
Levent Genc,
Ahmet Aknan,
Mithan Bilgin,
Ramazan Peker.
Türkiyə Respublikası, Dənizli vilayəti, Pamukkale rayonu.