Füzuli Rzaquliyevdən, Bakı, Azərbaycan


24 noyabr 2020, 12:40
Müzəffər Ali Baş Komandan.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) respublikamızın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş soydaşlarımızı birləşdirən ictimai təşkilat kimi 1994-cü ildən rəsmi fəaliyyət göstərir. AVMVİB 26 illik fəaliyyəti dövründə veteranlar və şəhid ailələri arasında, istərsə də yüksək rəsmi dairələrdə böyük hörmət qazanmışdır. Yarandığı gündən dövlətçiliyimizi, ümummilli liderimiz Heydər Əliyev siyasətini daim dəstəkləyən ictimai təşkilat kimi fəaliyyət göstərir. Təşkilatımızın 68 min üzvü, “veteran.az” və “fedai.az” adlı mətbu orqanları, “Veteran Tv” internet televiziyası və respublikamızın bütün şəhər və rayonlarında şöbələri vardır. Təşkilatımızın əsas məqsədi Azərbaycan Vətən Müharibəsi ilə bağlı anlan yaşatmaq, üzvülərinin şərəf və ləyaqətini uca tutmaq, hüquqlarını, imtiyaz və qanuni mənafelərini qorumaq, maddi, mənəvi tələbatlarının ödənilməsində, döyüş xidmətləri müqabilində layiqli qiymətlərinin verilməsində yardımçı olmaq, aralarında ünsiyyət və əlaqəni möhkəmləndirmək, gənclər və yeniyetmələr arasında milli vətənpərvərlik tərbiyəsini gücləndirməkdir.
Sentyabrın 27-də təcavüzkar Ermənistan silahlı qüvvələrinin uzun illərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı geniş miqyaslı hərbi əməliyyatlarına qarşı dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını təşkil etdiyinə, özünü bacarıqlı taktiki və strateji biliklərə malik Lider kimi göstərdiyinə, 30 illər boyu BMT və ATƏT Minsk Qrupunun birgə səylə həll edə bilmədiyi bir problemi həll etdiyinə, Vətən müharibəsində göstərdiyi misilsiz xidmətlərə və xarici siyasət sahəsində layiqli təmsilçiliyə, ölkə əhalisini bir bayraq altında birləşdirmək istedadına və ən nəhayət müzəffər Ali Baş Komandan kimi qarşıya qoyduğu hədəfləri maksimum əldə etdiyinə görə çox minlik müharibə veteranlarının istəyinə uyğun olaraq Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilməsini təklif edirik.
İnanırıq ki, Vətən müharibəsində bir Komandan kimi göstərdiyi fəaliyyətin yüksək adla təltif edilməsi hər bir ölkə vətəndaşının arzusudur.
68 min müharibə veteranı adından hörmətlə,
Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.