2012-ci il fevralın 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Belarus Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
25 aprel 2012, 18:15
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il fevralın 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Belarus Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası tərəfini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2012-ci il.