logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

2012-ci il fevralın 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Albaniya Respublikasının İqtisadiyyat, Ticarət və Energetika Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

25 aprel 2012, 18:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il fevralın 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Albaniya Respublikasının İqtisadiyyat, Ticarət və Energetika Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Albaniya Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 aprel 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi