logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

2012-ci il fevralın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

25 aprel 2012, 18:25

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il fevralın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 aprel 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi