Minarə Tahirovadan, Sumqayıt, Azərbaycan
23 aprel 2012, 17:00
Möhtərəm cənab Prezident!
Rəhbərliyinizin ötən 8 ili ərzində respublikamızın hər yerində apardığınız quruculuq və abadlıq işləri hər birimizin gözü qarşısındadır. Xüsusilə regionlara və bölgələrə ayırdığınız diqqət və qayğı hər birimizi sevindirir. Elə bu qayğının nəticəsində, uzun müddət təmiri gözlənilən 1 saylı şəhər xəstəxanasının yenidən qurulması ilə bağlı imzaladığınız 2012-ci il 19 aprel tarixli Sərəncamınız şəhər sakinləri tərəfindən rəğbət hissi ilə qarşılandı. Sumqayıt sakinləri adından bu diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı və işlərinizdə uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Minarə Tahirova, Əməkdar müəllim
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.