logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Dubay Əmiri Administrasiyasının rəhbəri Məhəmməd Əl Şaybanini qəbul etmişdir

Text size icon-size icon-size

19 aprel 2012, 18:00

Prezident İlham Əliyev Dubay Əmiri Administrasiyasının rəhbəri, Dubay investisiya korporasiyasının icraçı direktoru Məhəmməd Əl Şaybanini qəbul etmişdir.

Məhəmməd Əl Şaybani Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanda gedən inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını dedi.

Dövlət başçısı Dubayda keçirdiyi görüşləri məmnunluqla xatırladı. Azərbaycan ilə Dubay Əmirliyi arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu dedi.

Dövlət başçısı Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Dubay Əmirinə çatdırmağı xahiş etdi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi