Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 26 yanvar tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının miqrasiya orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
18 aprel 2012, 19:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 26 yanvar tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 9) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının miqrasiya orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavinləri – II dərəcəli dövlət miqrasiya xidməti müşaviri” abzasından sonra aşağıdakı məzmunda abzas əlavə edilsin:
“Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi – II dərəcəli dövlət miqrasiya xidməti müşaviri”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 aprel 2012-ci il.