Səbinə Həmzəyevadan, Bakı, Azərbaycan


19 noyabr 2020, 17:43
Əziz, dəyərli və hörmətli Prezidentimiz,
Mənim bir oğlum var, adı Həsəndir. Hazırda onun 8 yaşı var. O, kiçik yaşlarında hər Sizin rəsminizi gördükdə, bizim “bu kimdir?” sualımıza “Azərbaycan” deyərək cavab verirdi. Uşaqlar dünyanın ən gözəl, təmiz varlıqlarıdır və hər zaman sözün düzünü, qəlbdən olanı deyər.
Siz bütün azərbaycanlıların xilaskarısınız, Siz bizim gələcəyə ümidimizsiniz. Sizinlə bütöv Azərbaycan şanlı, uğurlu və parlaq günlərə irəliləyəcək!
Azərbaycanın istedadlı şairi Mikayıl Müşfiq sanki bu günümüz üçün deyib:
Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki?
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!
Bir daha bütün ailəm və doğmalarım adından Sizə sonsuz təşəkkürümüzü bildirir, hər zaman dualarımızda olduğunuzu bilməyinizi istəyirik.
Sizinlə fəxr edirik!
Hörmətlə,
Həmzəyeva Səbinə Zahir qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.