logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul etmişdir

Text size icon-size icon-size

17 aprel 2012, 15:00

Prezident İlham Əliyev bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzun illər həyata keçirilən uğurlu əməkdaşlıq məmnunluqla qeyd olundu.

bp şirkətinin icraçı direktoru Robert Dadli “Şahdəniz” yatağının işlənilməsi layihəsinin 2-ci fazası və icrada olan digər layihələrin gedişi barədə Azərbaycan Prezidentinə məlumat verdi.

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi