Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçilərindən
18 noyabr 2020, 15:40
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Rusiya Federasiyasının vasitəçiliyi ilə tarixi razılaşmanın imzalanması münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.
Azərbaycanın bütün dünya ölkələri tərəfindən tanınan ərazi bütövlüyü və suverenliyi bu razılaşma sayəsində bərpa olunacaq. Eyni zamanda, bu razılaşma bölgədə sülhün və sabitliyin bərqərar olmasına töhfə verəcək.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin qurucu üzvləri olaraq bu tarixi bəyanatı yaxından izləyirdik. Cəmiyyətimiz xalqlarımız arasında əlaqələrin inkişafında önəmli rol oynayır.
Qardaş ölkə Misirdə dua edirik ki, Uca Allah Vətən uğrunda şəhid olanları cənnətlə mükafatlandırsın, yaralılara isə tezliklə şəfa versin.
Zati-aliləri, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə qardaş Azərbaycan Respublikasının müstəqilliyinin əbədi olmasını, xalqınızın əmin-amanlıq şəraitində yaşamasını arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçiləri:
Əli Cümə, professor, Əl-Əzhərin Böyük Alimlər Şurasının üzvü və Misir Ərəb Respublikasının sabiq müftisi
Osama əl-Əbd, professor, Misir Parlamentinin Din və vəqflər komitəsinin sədri
Əl-Seyyid Mahmud Əl-Şərif, Ərəb və İslam Dünyasında Seyyidlər Həmkarlar İttifaqının sədri
Adel Dərviş, Helvan Universitetinin professoru və Misir-Çin Universitetinin müşaviri
Bağdadi İmam, Misir Təhsil Nazirliyinin Baş direktoru
Tövhid Məhəmməd Əbdül Məcid, Misirin Əl-Xeyir Fondunun hüquq məsələləri üzrə direktoru
Yusif əl-Şərqavi, Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri
Medhət Camal, briqada generalı, Misirin Əl-Xeyir Fondunda layihə rəhbəri
Usəmə Əbdülrəhman, Helvan Universitetinin professoru
Mona Zaidan, Helvan Universitetinin professoru
Əhməd Abdo Tarabek, Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı
Mustafa Məhəmməd Hicazi, mühəndis, “Orange” Misir şirkətinin Baş direktoru
Seymur Nəsirov, Misirdəki Azərbaycan diasporunun sədri