logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Adıgözəlov Elgün və başqalarından, Bərdə, Azərbaycan

Text size icon-size icon-size

18 noyabr 2020, 17:00

Möhtərəm cənab Prezident,

Mən və mənimlə birlikdə Bərdə rayonunda hüquqşünas kimi fəaliyyət göstərən həmkarlarım Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirik. Sizə işlərinizdə müvəffəqiyyətlər və cansağlığı arzulayırıq. Siz bu xalqın həm Prezidenti, həm ümidgahısınız.

Cənab Prezident, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin Sizə etdiyi ata vəsiyyətini yerinə yetirərək, torpaqlarımızı mənfur qonşumuz ermənilərin işğalından azad etdiniz.

Mən və iş yoldaşlarım qürur hissi keçirir, özümüzü xoşbəxt hiss edirik ki, Sizin kimi Ali Baş Komandanımız var, məğlubedilməz Ordumuz var. Biz - Bərdə rayon sakinləri məcburi köçkünlərimizə, müharibədə yaralanan əsgərlərimizə hər zaman dəstək göstərmişik və bundan qürur duymuşuq.

Yaşasın Ali Baş Komandanımız!

Yaşasın Azərbaycan xalqı!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Adıgözəlov Elgün Vidadi oğlu,

Məmmədov Elmir Umud oğlu,

Yusifli Nəbi Bayram oğlu.

Azərbaycan Respublikası, Bərdə rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi