Nəzmiyyə Piriyevadan, Sakarya, Türkiyə
18 noyabr 2020, 16:56
Möhtərəm cənab Prezident,
Qələbə münasibətilə Sizi və xalqımızı təbrik edirəm, öz ürək sözlərimi Sizə şeirlə bildirirəm.
Millətim “İlhamla irəli!” dedi
Alov dilli, ürəklərin odu sən,
Azadlığın, al bayraqlı yolu sən,
Nankor, nadan əyə bilməz qolunu -
Vətənimin göyə qalxan qolu sən!
Xainləri baxışınla əzirsən,
Bu dünyanı başıuca gəzirsən.
Naşı bilməz, nadan görməz izini -
Hardan gəlib, hara getdin bilirsən.
Cənnətə döndərdin Vətənimizi,
Dünyaya tanıtdın irs, ismimizi
Sözünün başında “Qarabağ” dedin
Sən varkən kim kəsər haqq səsimizi?
Bir qarış torpağı, bir qarış yurdu,
Yağıya-yadlara verən deyilsən!
Sən elə lidersən, elə dahisən,
Əsən rüzgarlardan solan deyilsən!
Deyirlər, bitərmiş ot kökü üstə,
Öz kökünə layiq böyüdü, İlham.
Xalqın, millətinin qüruru oldu
Hər yerdə dillərdə öyüldü İlham!
Millətim: “İlhamla irəli!”, - dedi,
Günəşə açılan səhərim dedi.
Sən elə sevildin, elə seçildin -
Uşaqdan-böyüyə Rəhbərim dedi.
Hörmətlə,
Piriyeva Nəzmiyyə Hicran Salman qızı, şair – yazıçı.
Türkiyə Respublikası, Sakarya şəhəri.