İlham Əliyevin və İordaniya Kralı II Abdullahın təkbətək görüşü olmuşdur
Text size
16 may 2010, 10:40
Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin və İordaniya Kralı II Abdullahın təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, bu səfərin əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyi bildirilmişdir.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.