Oruc Musayevdən, Şəki, Azərbaycan
18 noyabr 2020, 10:11
Cox hörmətli cənab Prezident.
Şəki ziyalıları adından Sizə - Azərbaycan Respublikasının Ali Baş Komandanına, böyük Azərbaycan oğluna “Azərbaycanın Milli qəhrəmanı” adının verilməsini xahiş edirik.
Möhtərəm Prezident, üçrəngli Bayrağımıza and içib Prezidentlik fəaliyyətinə başladığınız gündən şərəfli işlərinizlə Azərbaycan xalqını çox xoşbəxt günlərə gətirib çıxarmısınız. Bu göz qabağındadır. 17 illik Prezidentlik dövründə həmişə şəkililərin dayağı, arxası olmusunuz. Qarabağımızı yağı düşməndən alıb, özümüzə qaytarmısınız. Bizə bundan böyük mükafat nə ola bilər?
Şəki ziyalıları adından Sizə və şanlı Ordumuza təşəkkür edirik. Siz bizim əbədi Prezidentimizsiniz. Tanrı Sizi qorusun!
Hörmətlə,
Musayev Oruc
Azərbaycan Respublikası, Şəki şəhəri.