logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Danimarkanın Kraliçası Ülyahəzrət II Marqreteyə

Text size icon-size icon-size

14 aprel 2012, 16:00

Ülyahəzrət,

Danimarka Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Danimarka münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və genişlənməsi bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Danimarka xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 aprel 2012-ci il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi