İlham Əliyev Litvanın keçmiş dövlət başçısı, Litva Seyminin keçmiş sədri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergisi qəbul etmişdir
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
14 aprel 2012, 12:00
Prezident İlham Əliyev Litva Respublikasının keçmiş dövlət başçısı, Litva Seyminin keçmiş sədri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergisi qəbul etmişdir.
Görüşdə ölkəmizin Avropa Şurasına üzv seçilərkən Vitautas Landsbergisin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi məmnunluqla xatırlandı. Müstəqillikdən sonrakı ötən dövr ərzində Azərbaycanda bütün sahələrdə böyük dəyişikliklərin baş verdiyi vurğulandı.
Görüşdə, həmçinin Azərbaycan ilə Avropa Parlamenti arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.