Əlavə IV Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikası gömrük orqanlarının embleminin TƏSVİRİ
Text size
13 aprel 2012, 18:40
1. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi kənarları tünd yaşıl rəngli xətlə haşiyələnmiş, ortasında xüsusi kompozisiya təsvir olunmuş qızılı rəngli səkkizguşəli ulduz şəklindədir.
2. Emblemin ortasında mavi və boz rəngli elementləri olan qalxan, onun arxasında qara və bürünc rəngli elementləri olan qılınc təsvir edilmişdir.
3. Qalxanı əhatə edən ağ rəngli lentdə tünd yaşıl rənglə “AZƏRBAYCAN RESPUBLİKASI GÖMRÜK XİDMƏTİ” sözləri yazılmışdır.
4. Ulduzun aşağı hissəsində sağ və sol tərəflərə istiqamətlənmiş yaşıl rəngli dəfnə çələngləri təsvir edilmişdir. Dəfnə çələnglərindən üstdə ağ rəngli açar şəkli vardır (emblemin şəkli əlavə edilir).