logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əlavə III Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikası gömrük orqanlarının emblemi haqqında ƏSASNAMƏ

Text size icon-size icon-size

13 aprel 2012, 18:28

1. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi gömrük orqanlarının rəmzidir. Bu emblem Azərbaycan Respublikası gömrük orqanlarının hər bir işçisinə Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək və gömrük xidməti intizamının tələblərinə əməl etmək borcunu xatırladır.

2. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi gömrük orqanları işçilərinin, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə mənsubiyyətini bildirən nişandır.

3. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi Dövlət Gömrük Komitəsinin blanklarında, gömrük orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, gömrük orqanlarına məxsus avtonəqliyyat vasitələrində, dəniz, çay və hava gəmilərində, xüsusi geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir.

4. Azərbaycan Respublikası gömrük orqanlarının emblemi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin iş otağında, Komitənin kollegiya zalında və Azərbaycan Respublikası gömrük orqanlarının bayrağında da yerləşdirilir.

5. Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsvirindən istifadəyə aşağıdakı hallarda yol verilir:

5.1. Azərbaycan Respublikası gömrük orqanlarının çap məhsullarında, kino, video və foto materiallarında;

5.2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sifarişi ilə hazırlanan reklam-informasiya və suvenir məhsullarında (prospektlərdə, bukletlərdə, təqvimlərdə, nişanlarda, vımpellərdə, kiçik bayraqlarda, saatlarda, qablarda, medalyonlarda, dəftərxana ləvazimatında və digər məhsullarda). 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi