Mirsahib Hadıyevdən, Sabirabad, Azərbaycan


16 noyabr 2020, 18:38
Hörmətli Prezidentimiz.
Sizin möhtəşəm cəsarətiniz, uğurlu daxili və xarici siyasətiniz və ən başlıcası polad kimi möhkəm yumruğunuz sayəsində mənfur düşmənin - əfi ilanın başı əzildi. Bu qələbə ilə Siz Azərbaycanın yeni tarixini yazdınız.
Bu möhtəşəm qələbə münasibətilə Sizi ürəkdən təbrik edərək Azərbaycan xalqına bir 84 yaşlı ağsaqqal kimi müraciət edərək deyirəm: “Bu möhtəşəm, tarixi, misilsiz qələbəyə görə Azərbaycan Milli Ordusunun Ali Baş Komandanı cənab İlham Heydər oğlu Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilsin və bu Ali mükafatın Qızıl ulduzunu hörmətli Prezidentimizin yaxasına xalqımızın sevimlisi olan Birinci vitse-prezident Mehriban Əliyeva sancsın”
Hörmətli Prezident, mənim nəvəm Seyidrza Hadıyev Vətən müharibəsinin ilk günlərindən Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak edib, topçu kimi hazırda da hərbi xidmətdədir.
Hörmətli Prezidentmiz, bilirik ki, qarşıda Sizin həlli vacib olan mühüm işləriniz çoxdur. Ona görə Allahdan Sizə və ailənizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Mirsahib Hadıyev
Azərbaycan Respublikası, Sabirabad rayonu.-0-