Əlavə II Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının TƏSVİRİ
Text size
13 aprel 2012, 18:20
1. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı eninin uzunluğuna nisbəti 1:2 olan, açıq mavi (səma) rəngli düz dördbucaqlı ipək parçadan hazırlanır.
2. Bayrağın aşağıdakı 1/3 hissəsində soldan sağa doğru avtomobil, dəmir, hava və dəniz yollarının ağ rəngli şərti təsvirləri verilmişdir.
3. Bayrağın yuxarı sol hissəsində Azərbaycan Respublikası gömrük orqanlarının emblemi təsvir edilmişdir.
4. Bayrağın arxa tərəfi üz tərəfinin güzgülü əksi kimi təsvir edilir (bayrağın şəkli əlavə edilir).