Etibar Şahmarovdan, Lerik, Azərbaycan


16 noyabr 2020, 15:42
Müzəffər Ali Baş Komandan.
Tarixə adınızı əbədi yazdınız. Şəhidlərimizin qanı yerdə qalmadı. Otuz illik nisginə son qoydunuz, böyük, əzəmətli sərkərdəmiz! Siz bizim içimizdəki xəcaləti yox etdiniz.
Möhtərəm Prezidentimiz, biz Sizinlə fəxr edirik. Bu əzəmətli Qələbədə əməyi olan əsgər və zabitlərimizi təbrik edirik. Qoy həmişə mətin olsunlar. Bütün bu zəfəri biz məhz Sizin sərkərdəliyiniz sayəsində aldıq. Ulu Yaradan Sizi qorusun! Siz möhkəm iradənizlə dünyaya əsl həqiqəti sübut etdiniz.
Müzəffər Ali Baş Komandan, mən Sizinlə qürur duyuram. Yaşadığım Lerik rayonunun Cəngəmiran kəndi Birinci Qarabağ müharibəsində 10-dan çox şəhid vermişdir. Bu gün onların ruhu şaddır, çünki uğrunda qan tökdükləri torpaq artıq azaddır! Ailəm və kəndimizin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Etibar Şahmarov
Azərbaycan Respublikası, Lerik rayonu, Cəngəmiran kəndi.