logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ramiz Sadıxovdan, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

16 noyabr 2020, 15:33

Möhtərəm cənab Prezident.

Siz efirdə sağ əlinizi yuxarı qaldırıb düşmənə barmaq silkələyəndə silahlarımız coşdu. Sizin sol əliniz sağdan sola yönələndə düşmənlərimiz torpaqlarımızdan qaçdı. Sağ əliniz yuxarıda yumruq olanda gəncəlilər sizin ətrafınızda birləşir və düşmənə cəhənnəm qapısını açır.

Cənab Prezident, Sovet dövründə Heydər Əliyev hakimyyətdən gedən gündən Azərbaycan torpaqlarını itirməyə başlamışdı. O vaxtkı rəhbərliyin müvafiq tədbirlər görməməsi vəziyyəti daha da ciddiləşdirdi. Bu gün Siz Ulu Öndərin davamçısı kimi ölkəmizin ərazi bütövlüyünü bərpa edirsiniz, qəhərman oğlullarımızın adlarını ucaldırsınız. Sizin bu gərgin əməyiniz Azərbaycan tarixində böyük hərflərlə yazıldı.

Mən ehtiyatda olan polis polkovnik-leytenentı kimi Gəncə şəhəri Polis idarəsində yüksək vəzifədə işləmişəm. Bu gün də Vətənimin xidmətində durmağa hər an hazıram! Allahdan Sizə uzun ömür və cansağlığı arzulayıram!

Hörmətlə,

Ramiz Sadıxov

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi