logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rasilə Arifqızıdan, Lənkəran, Azərbaycan

Text size icon-size icon-size

16 noyabr 2020, 15:00

Möhtərəm cənab Prezident, Zati-Aliləri.

Bu günlərdə xalqımızın taleyinə çox şərəfli və hikmətli bir tarix yazılır. Bu şərəfli tarixi Ali Baş Komandan kimi Siz başda olmaqla rəşadətli Ordumuz yazır. Bu şərəfli tarix işğal olunmuş torpaqların azad olunması yolunda Sizin rəhəbərliyinizlə Milli Ordumuzun qazandığı Qələbələrin qəhrəmanlıq salnaməsidir.

Siz Vətən və xalq qarşısında tarixi xidmətlərinizlə bir daha sübut etdiniz ki, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısısınız. Bu gün Azərbaycan xalqı Sizin yanınızdadır. Siz xalqımızın alternativsiz lideri, əbədi Prezidentisiniz.

Nə qədər ki, Siz varsınız, Azərbaycan xalqı dinc həyat sürəcək, firavan inkişaf görəcəkdir. Siz əsl xalq qəhrəmanısınız, cənab Prezident.

Sizin düşmən ölkənin rəhbərini mənəvi cəhətdən məhv edən kəlamlarınız xalqımızın dilində əzbər olub. Xüsusilə gerizəkalı Paşinyana vurduğunuz o dəmir yumruğun zərbəsi onun havadarlarında da ciddi qorxu hissi yaradıb. Məhz Sizin dəmir yumruq kimi bərkimiş vətənpərvərlik ruhunuzdan güc alan Azərbaycan əsgəri hər birimiz üçün Vətən müharibəsi olan Qarabağ savaşında düşmən üzərində parlaq Qələbə çaldı.

Bu münasibətlə Sizi və ətradınızda sıx birləşən xalqımızı ürəkdən təbrik edirəm.

Biz inanırıq ki, Sizin və ən sədaqətli silahdaşınız Mehriban xanımın möhtəşəm fəaliyyəti sayəsində xalqımız yeni-yeni Qələbələrə sevinəcək, Vətənimiz daha da inkişaf edib nurlu gələcəyinə qovuşacaqdır.

Allah Sizi və ailə üzvlərinizi qorusun.

Eşq olsun Sizə! Eşq olsun Azərbaycan əsgərinə!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Rasilə Arifqızı

YAP Lənkəran şəhər Təşkilatı Qadınlar Şurasının sədri

Azərbaycan Respublikası, Lənkəran şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi