logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Zöhrab Qəribovdan, Kürdəmir, Azərbaycan

Text size icon-size icon-size

16 noyabr 2020, 09:50

Möhtərəm Prezidentimiz.

Kürdəmir rayonunun bütün iş adamları adından düşmən üzərində şanlı qələbəmiz münasibətilə Sizi və Mehriban xanımı səmimi qəlbdən təbrik edirik. Allahdan Sizlərə cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

Bu şanlı və əzəmətli qələbə Sizin Ulu Öndərimizin tövsiyyə və nəsihətlərinə əməl edilərək onun apardığı uğurlu siyasətin layiqincə davam etdirilməsi və daha da inkişaf etdirilməsi, irqindən, əqidəsindən, millətindən və partiya mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının bir yumruq kimi birləşməsi nəticəsində əldə olunmuşdur. Bu yumruq hər dəfə havaya qalxanda biz cəbhədə yeni uğurlar qazanırdıq, işğal olunmuş şəhər və kəndlərimizin düşməndən azad edilməsini efir vasitəsilə Sizdən eşidirdik.

Nəhayət, bu yumruq noyabrın 8-də havaya qalxdı və gözəl Şuşamız azadlığa çıxdı, noyabrın 10-da isə bu dəmir yumruq havaya qalxaraq düşməni diz çökməyə və təslim olmağa məcbur etdi. Bu yumruq istər ön cəbhədə vuruşan əsgərlərimizdə, istərsə də arxa cəbhədə çalışan vətəndaşlarımızda qələbəyə inam yaratdı. Siz qazandığınız qələbə ilə xalqımızın başını ucaltdınız, onu qürurlu etdiniz, böyük və məğlubedilməz xalq olduğunu bütün dünyaya sübut etdiniz. Xalqın bir nümayəndələri kimi biz, Kürdəmir rayonunun iş adamları Sizin arxanızda möhkəm dayanmaqla apardığınız uğurlu siyasəti dəstəkləyirik.

Hörmətlə və ehtiramla,

Zöhrab Qəribov

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Xırdapay kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi