Şərif Abdurahmanovdan, Ağdaş, Azərbaycan
16 noyabr 2020, 09:30
Əziz və hörmətli Prezidentim.
Mən Ağdaş rayon Səməd Vurğun adına tam orta məktəbin 8-ci sinif şagirdiyəm. Bu məktubumla Sizə bildirmək istəyirəm ki, Sizinlə qürur duyur və Sizi çox sevirəm. Hər dəfə Siz çıxış edəndə mən də əsgər duruşu alaraq Sizin sözlərinizi təkrar edirəm: ”Qarabağ Azərbaycandır!”. Mənə elə gəlir ki, iki sözdən ibarət bu cümlə mənfur düşmənə bir ordu qədər zərbə vurdu. Elə düşünürəm ki, düşmənə tərəf atılan hər topun, mərminin partlayışında bu cümlə səslənir: ”Qarabağ Azərbaycandır!”.
Eşq olsun, Ali Baş Komandanımıza! Eşq olsun, Azərbaycanın şanlı Ordusuna! Eşq olsun, Azərbaycan xalqına!
“Qarabağ Ermənistandir” deyən quldur “nöqtə” işarəsini qoya bilmədi, amma “Qarabağ Azərbaycandır!” deyən Ali Baş Komandanımız “nida” işarəsini yumruqla yazdı. Bu şüar xalqımızda, Ordumuzda ruh yüksəkliyi yaradaraq düşməni qısa zamanda məğlub etdi. Qəhrəman Ordumuz zəfər çaldı. Böyüyəndə mən də Vətənimə layiq əsgər olmaq istəyirəm. Əgər mənfur düsmən yenə baş qaldırarsa, o zaman qarşılarında nida işarəsi kimi duraram.
Eşq olsun, Vətənimin mərd, xalqına sadiq Prezidentinə! Bu torpaq bir daha basılmayacaq! And olsun müqəddəs şəhid qanına!
Hörmətlə,
Şərif Abdurahmanov
Şagird
Azərbaycan Respublikası, Ağdaş şəhəri.